Rusiyada fabrikdə baş verən dağıntılar nəticəsində üç nəfər ölüb

Rusiyada fabrikdə baş verən dağıntılar nəticəsində üç nəfər ölüb
DÜNYA
14:01 21.02.2021
819
Rusiyanın Krasnoyarsk vilayətindəki Norilsk dağ-mədən emalı fabrikində baş verən dağıntılar nəticəsində 3 nəfər ölüb.

Rusiya Təhqiqat Komitəsi hadisənin baş verməsində təqsirli bilinən zavodun baş mühəndisi və daha iki məsul şəxsi saxlayıb.

Hadisə nəticəsində 3 fəhlə həlak olub, daha 5 nəfərin vəziyyəti isə ağırdır.

Fevralın 22-də Norilsk şəhərində matəm elan olunacağı bildirilir.
OXŞAR XƏBƏRLƏR