Rusiyada fərdi evdə yanğın nəticəsində iki azyaşlı həyatını itirdi

Rusiyada fərdi evdə yanğın nəticəsində iki azyaşlı həyatını itirdi
DÜNYA
00:14 06.12.2021
337
Rusiyanın Krasnoyarsk diyarının Yenisey rayonunda fərdi yaşayış evində baş verən yanğın nəticəsində iki azyaşlı həyatını itirib.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya İstintaq Komitəsinin Krasnoyarsk diyarı və Xakasiya Respublikası üzrə İstintaq İdarəsində yayıb.

Bildirilir ki, evdə üç uşaqlı ailə yaşayıb. Uşaqlardan yalnız 10 yaşlı oğlan xilas ola bilib. Faktla bağlı Rusiya CM müvafiq maddəsiylə araşdırma başlanılıb.
OXŞAR XƏBƏRLƏR