​Rusiyada "Fly Dubai"ya məxsus sərnişin layneri qəzaya uğrayıb, 61 nəfər ölüb

SOSİAL
10:09 19.03.2016
2095

Dubaydan Rostov-na-Donu şəhərinə uçan sərnişin təyyarəsi pis görüntü şəraitində eniş edərkən qəzaya uğrayıb.

"Report" xəbər verir ki, bu barədə regionun fövqəladə xidmət orqanlarına istinadən RİA "Novosti" məlumat yayıb.

"İlkin olaraq "Boeing-737" pis görüntü şəraitində uçuş-enmə zolağından 50-100 metr kənara düşüb", - deyə mənbə bildirib.

Təyyarə "Fly Dubai" aviaşirkətinə məxsus olub. Eniş zamanı partlayış baş verib. Təyyarənin göyərtəsində 6heyət üzvü, 55 sərnişin, eləcədə də4 uşaq olub.Onların hamısı ölüb.Qəzadan sonra yanğın baş verib.Hazırda hava limanı bağlanıb.

Rostov vilayətinin nəqliyyat polisi təyyarənin düşməsi faktını təsdiqləyib.

***

Sərnişinlərin hamısı rus, heyət üzvləri isə əcnəbilər olub.

OXŞAR XƏBƏRLƏR