"Rusiyada gizli səfərbərlik...” - Ukrayna Baş Qərargahı

"Rusiyada gizli səfərbərlik...” - Ukrayna Baş Qərargahı
DÜNYA
18:13 24.02.2023
266
"Rusiyada gizli səfərbərlik davam edir. Xüsusilə Qafqaz regionunda hərbi xidmətə çağırış yaşında olan kişilər məcburi şəkildə döyüş əməliyyatlarına cəlb olunurlar".

AZXEBER.COM report-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahından bildirilib.

Qeyd olunub ki, sağlamlığından asılı olmayaraq bütün kişilər səfərbərliyə cəlb olunurlar: "Onların xeyli hissəsi məhbuslardır. Məhbuslar Ukrayna ərazisindəki döyüş əməliyyatlarında könüllü iştirak etmək şərti ilə həbsdən azad edilirlər".

Məlumata görə, Luqansk vilayətinin müvəqqəti işğal olunmuş ərazilərinin bəzi hissələrində internet kəsilib: "Buna səbəb Rusiya qüvvələrinin fəaliyyətləri barədə məlumatın yayılmasının qarşısının alınmasıdır".

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Bu gün savaşın ildönümüdür.
OXŞAR XƏBƏRLƏR