Rusiya Federasiyasının Yakutiya Respublikasında "Gmail", "Protonmail", "Onionmail", "Megamail" və "Hotmail" vasitəsilə respublikanın rəsmi domenlərində işgüzar yazışmalar qadağan edilib.
Qərar dekabrın 6-dan qüvvəyə minəcək.
Bildirilir ki, bu qərar gözlənilən terror aktları ilə bağlı yalan məktubların sayının artması ilə əlaqədardır.