Rusiyada həbsdə olan Fransa vətəndaşının 3 il 3 ay azadlıqdan məhrum edilməsi istənilib

DÜNYA
20:36 14.10.2024
359
Rusiyada həbsdə olan Fransa vətəndaşı Loran Vinatyenin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, prosesdə çıxış edən dövlət ittihamçısı Vinateynin cəzasını koloniya rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, Loran Vinatye bu ilin iyunun əvvəlində Moskva restoranlarından birində saxlanılıb. İstintaqın məlumatına görə, o, bir neçə il ərzində xarici agentlərin reyestrinə daxil olmaqdan yayınıb və lazımi sənədləri təqdim etməyib.

Rusiya FTX Vinatyenin İsveçrə Humanitar Dialoq Mərkəzinin əməkdaşı olduğunu, əslində bu təşkilatın əməkdaşlarının ölkədəki vəziyyətlə bağlı "həssas məlumatlar”ı topladıqlarını açıqlayıb.

Xatırladaq ki, Vinatyenin Rusiyanın hərbi fəaliyyəti haqqında məlumat toplamaqda günahını etiraf etdiyi bildirilib.
OXŞAR XƏBƏRLƏR