Rusiyada Vladimir yaxınlığındakı hərbi hissədə mərmi partlayıb. Bədbəxt hadisə nəticəsində dörd nəfər həlak olub, daha dörd nəfər xəsarət alıb.
Yaralılardan biri xəstəxanaya yerləşdirilib, üçünə isə yerindəcə tibbi yardım göstərilib.
O da bildirilir ki, partlayış hərbi hissənin anbarında qeydə alınıb.