Rusiyada hərbi hissədə partlayış və yanğın olub

Rusiyada hərbi hissədə partlayış və yanğın olub
DÜNYA
19:09 28.12.2022
234
Rusiyanın Rostov vilayətinin Novoçerkassk şəhəri yaxınlığındakı Persianov qəsəbəsində yerləşən 150-ci motoatıcı diviziyanın hərbi hissəsində partlayış və yanğın olub.

AZZXEBER.COM "Report"a istinadən xəbər verir ki, hərbi hissəsinin korpuslarından biri tamamilə yanıb.

Hadisənin yanğın təhlükəsizliyi qaydalarının pozulması nəticəsində baş verdiyi bildirilib. Rəsmi qurumlar yanğınla bağlı açıqlama yaymayıb.

Məlumata görə, hərbi hissə 2016-cı ildə istifadəyə verilib.
OXŞAR XƏBƏRLƏR