"Rusiyada hərbi qiyamın qarşısı alınacaq, üsyan olmayacaq" - Azərbaycanlı politoloq

"Rusiyada hərbi qiyamın qarşısı alınacaq, üsyan olmayacaq" - Azərbaycanlı politoloq
SİYASƏT
13:58 24.06.2023
1234
Xəbər verdiyimiz kimi, Vladimir Putin Rusiyada baş verənlərlə bağlı müraciətində "vaqner"çilərin addımını Vətənə xəyanət adlandırıb. 

O bildirib ki, Rusiyada hakimiyyətin parçalanmasına imkan verməyəcək. 

Rusiyada nə baş verir? Hadisələr prosesin hara getdiyini göstərir?

Bununla bağlı Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılov AZXEBER.COM-a açıqlama verib.

 

O bildirib ki, Rusiyada baş verənlər əslində uzun müddətdir gözlənilən hadisə idi:

""Vaqner"çilərlə Rusiya Müdafiə Nazirliyi arasında əlaqə çoxdan itmişdi. Yevgeni Priqojin aylardır Rusiya müdafiə naziri Sergey Şoyqu və baş qərəgah rəisi Gerasimovu vətənə xəyanət və başqa məsələlərdə ittiham edirdi.

 "Vaqner” və  rəhbəri Priqojinin Rusiya prezidenti ilə şəxsi münasibətlərinin yaxşı olması, Rusiyanın xaricdə həyata keçirdiyi bir çox əməliyyatlarda "Vaqner” muzdlularından istifadə edilməsi həmçinin, Rusiyanın  bir sıra gizli kəşfiyyat məlumatlarına malik olduqları üçün Putin səviyyəsində vaqnerçilərə açıq etiraz edilmirdi. Bütün bu baş verənlər nəticədə Rusiyada  artıq uzun müddətdir gözlənilən vaqnerçilərin üsyanına səbəb oldu”.

Politoloqun sözlərinə görə, hadisələrin sonunda vaqnerçilər hansısa formada zərərsizləşdiriləcək:

"Düşünürəm ki, Rusiya bu hücumlar qarşısında hansısa hərbi çevriliş ilə faktı ilə üz-üzə qalmayacaq. Eyni zamanda burada ikinci ssenari də mümkündür. Bu da ondan ibarətdir ki, Rusiyanın özündə orduda dəyişiklik olunması istənilir. Ukrayna müharibəsindəki uğursuzluqlara görə Müdafiə Nazirliyi və onun rəhbərliyini vəzifədən uzaqlaşdırmayan Kreml administrasiyası bu yollarla yeni siyasi şou düzəldir. Fikrimcə, Priqojinin bu addımlarının qarşısı alınacaq. Vaqnerçilərin ölkədə üsyanının  hərbi çevriliş prosesinə səbəb olunmasına imkan verilməyəcək. Baş verənlər onu göstərir ki, Rusiyada həm hakimiyyət, həm də ordu içərisində mərkəzdən qaçma meyilləri kifayət qədər güclüdür. Rusiyada ictimai inam, siyasi hakimiyyətə, orduya qarşı olan etimad daha da zəifləyəcək”.

Şəbnəm Zahir
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
04:32 11.03.2026
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
02:36 11.03.2026
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
23:14 10.03.2026
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
23:12 10.03.2026
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
23:06 10.03.2026
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
22:59 10.03.2026
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
22:54 10.03.2026
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
22:51 10.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb