Rusiyada homoseksullara sərt qadağa

DÜNYA
17:24 05.09.2013
2447

Rusiyada hazırlanan yeni qanun layihəsinə görə homoseksual ve ya lesbiyan olan vətəndaşların valideynlik haqları əllərindən alınacaq. ARusiya Duması millət vəkili Aleksey Juravlevin hazırladığı yeni qanun layihəsi ilə uşaqların anormal istiqamətdə cinsi tərbiyə edən valideynlərin təsirindən qorunması nəzərdə tutulur.  Hakim Vahid Rusiya partiyasından millət vəkili seçilən Juravlevin təklifi qebul edilərsə, Rusiyanın ailə qanununda yeni dəyişiklik ediləcək.  Belə ki, indiyədək uşaqlara qarşı şiddət tətbiq edənlərin valideynlik haqlarından məhrum edilməsini nəzərdə tutan qanunlara görə bundan sonra homoseksual və lezbiyanlar da bu haqlarını itirmiş olacaq.  Ekspertlər hesab edirlər ki, Rusiyada əhalinin 7 %-ə yaxını homoseksual cinsi münasibəti üstün tutan həyat tərzi yaşayır və bunların 1/3-i uşaq sahibidir.//anspress

OXŞAR XƏBƏRLƏR