Rusiyada hoteldə güclü partlayış, ölən və xəsarət alanlar var - VİDEO

Rusiyada hoteldə güclü partlayış, ölən və xəsarət alanlar var - VİDEO
HADİSƏ
12:13 13.07.2021
3364
Rusiyanın Krasnodar diyarının Gelencik şəhərində yerləşən hoteldə baş verən partlayış nəticəsində bir nəfər həlak olub, üç şəxs xəsarət alıb.

Bu barədə TASS-a təcili yardım xidmətindəki mənbədən məlumat verilib.

İlkin məlumata görə, partlayış hotelin mətbəxində baş verib.

İnsident nəticəsində binanın birinci mərtəbəsinin daxili konstruksiyalarını zərər görüb, şüşə parçaları ətrafa tökülüb.
 

OXŞAR XƏBƏRLƏR