Rusiyada İnternat-məktəbində yanğın olub, 28 nəfər təxliyə edilib

Rusiyada İnternat-məktəbində yanğın olub, 28 nəfər təxliyə edilib
DÜNYA
02:38 23.11.2021
397
Rusiyanın Orenburq vilayətinin Novotroitsk şəhərində yerləşən görmə məhdudiyyətli uşaqların təhsil aldığı internat-məktəbdə yanğın baş verib.

APA Fövqəladə Hallar Nazirliyinin regional idarəsinin məlumatına istinadən xəbər verir ki, yanğın zamanı 20-si uşaq olmaqla 28 nəfər təxliyə edilib.

Alov məktəbin girişdəki tavanında başlayıb. Yanğının söndürülməsinə 41 nəfər və 15 texnika cəlb olunub.
OXŞAR XƏBƏRLƏR