Rusiyada izdihama səbəb olan video yayıldı: Putinin adından səfərbərlik elan edildi

Rusiyada izdihama səbəb olan video yayıldı: Putinin adından səfərbərlik elan edildi
DÜNYA
14:14 06.06.2023
428
Deepfake texnologiya ilə istehsal olunduğu bildirilən videoda Rusiya lideri Vladimir Putinin hərbi vəziyyət və hərbi səfərbərlik elan etdiyi eşidilib.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Kreml hadisə ilə bağlı araşdırmalara başlanıldığını açıqlayıb.

Bəzi televiziya və radio kanallarında Rusiya prezidenti Vladimir Putinin deepfake texnologiyası ilə hazırlanmış videosu yayımlanıb. Xalqa müraciət videosunda saxta Putinin hərbi vəziyyət və hərbi səfərbərlik elan etməsi eşidilir.

Ukraynanın üç sərhəd bölgəsini işğal etdiyini deyən yalançı Putin bu bölgələr üçün də boşaltmaq çağırışı edir. "GazeteDuvar” yazır ki, Ukraynanın "təhlükəli və məkrli düşmən” kimi təsvir olunduğu görüntüdə səfərbərliyə çağırış da yer alır.
 
Rusiyanın "Mir” ictimai yayımının mətbuat xidmətindən TASS agentliyinə bildiriblər ki, radio və televiziya kanalları qanunsuz olaraq yarım saatdan bir qədər çox müddətə kəsilib.

Sözügedən yayımdan sonra açıqlama verən Krem görüntülərin Putinə aid olmadığını açıqlayıb. Kremlin sözçüsü Dmitriy Peskov hadisəni "hakerlərin əməliyyatı” kimi qiymətləndirib və araşdırmaya başlanıldığını açıqlayıb.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR