Rusiyada kəskin infeksiya yayıldı

DÜNYA
23:39 03.09.2024
293
Rusiyanın Kabarda Balkar Respublikasının Baksan şəhərində kəskin bağırsaq infeksiyası yayılması qeydə alınıb.

AZXEBER.COM APA-ya istinadən bildirir ki,  bu barədə Rusiya Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, kəskin bağırsaq infeksiyası ilə 70 nəfər xəstəxanaya yerləşdirilib.

Region prokurorluğu bağırsaq infeksiyası əlamətləri ilə 200-dən çox insanın həkimlərə müraciət etdiyini açıqlayıb.
OXŞAR XƏBƏRLƏR