Rusiyada kimyəvi zavodda yanğın

Rusiyada kimyəvi zavodda yanğın
DÜNYA
14:12 29.06.2023
179
Rusiyanın Nijni Novqorod şəhərindəki "Balzam" kimya zavodunda partlayışdan sonra baş verən yanğın nəticəsində müəssisənin bir əməkdaşının bədəninin 90 faizi yanıb.

Bu barədə "Mash” teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, yanğın 800 kv metr ərazini əhatə edib. Yanğının söndürülməsinə yanğınsöndürən qatar da cəlb edilib. Yanğın söndürülüb.

Hadisənin səbəbi və başvermə şəraiti araşdırılır.
OXŞAR XƏBƏRLƏR