Rusiyada koronavirusa görə internet pulsuz oldu - QƏRAR

DÜNYA
13:11 29.03.2020
1890
Rusiyada cari ilin aprelindən etibarən internet pulsuz olacaq.

AZXEBER.COM Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko deyib.

O bildirib ki, ölkədə bir sıra internet xidmətləri aprelin 1-dən etibarən pulsuz təqdim ediləcək:

"Bu, aprelin 1-dən etibarən fəaliyyətə başlayacaq. Bilirsiniz ki, Prezidentimizin ölkədə 1 iyuladək əlçatan internetə sahib olma qərarı var. Yəni əsas daxili xidmətlər Rusiya internetində pulsuz olaraq təqdim ediləcək. Əlbəttə ki, hamısı deyil, amma heç olmasa, ev kompüterlərindən, masaüstü kompüterlərdən belə bir fürsətdən yararlanmaq iyulun 1-də deyil, 1 apreldə mümkün olacaq”.

Mənbədə bildirilib ki, yanvarın 15-də Rusiya Prezidenti Vladimir Putin iclasda ölkə daxilində sosial cəhətdən əhəmiyyətli daxili internet xidmətlərinə pulsuz çıxışı təmin edən "Əlçatan İnternet" layihəsini hazırlamağı təklif edib.

Mətbuatda qeyd olunub ki, pulsuz internetin iyulda deyil, aprelin 1-dən tətbiq olunması koronavirus infeksiyasının yayılmasına görədir. Çünki əhali virus səbəbindən evdən çölə çıxa bilmir.
 

OXŞAR XƏBƏRLƏR