Rusiyada son bir gündə 5 642 nəfərə koronavirus diaqnozu qoyulub.
Bunu ölkənin Operativ Qərargahı açıqlayıb.
Məlumata görə, bununla da Rusiyada yoluxanların sayı 47 121 nəfərə çatıb.
Ölkədə virusdan ölənlərin sayı isə 51 artaraq 456-ə yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 3 873 nəfər sağalıb.
Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb - 2 567.
Qeyd edək ki, Rusiyada koronavirusa ilk yoluxma faktı yanvarın 31-də qeydə alınıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 484 000-i ötüb. Bunların 652 761 nəfəri sağalıb, 170 501 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
///Report