Rusiyada koronavirusa yoluxanların sayı 62 mini ötdü

Rusiyada koronavirusa yoluxanların sayı 62 mini ötdü
DÜNYA
11:46 23.04.2020
1386
Rusiyada son bir gündə 4 774 nəfərə koronavirus diaqnozu qoyulub.

Bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Bununla da Rusiyada yoluxanların sayı 62 773 nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə 42 artaraq 555-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 4 891 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb - 1959.

Qeyd edək ki, Rusiyada koronavirusa ilk yoluxma faktı yanvarın 31-də qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 640 000-i ötüb. Bunların 722 717 nəfəri sağalıb, 184 283 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
 
///Report
OXŞAR XƏBƏRLƏR