Rusiyada koronavirusdan ölənlərin sayı 108 mini ötüb

Rusiyada koronavirusdan ölənlərin sayı 108 mini ötüb
DÜNYA
19:37 25.04.2021
429
Rusiyada son sutka ərzində daha 8780 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

AZXEBER.COM APA-ya istinadən bildirir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 4 762 569 nəfərə çatıb.

Son sutka ərzində 332 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 108 232 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Braziliyadan sonra dördüncü yerdə gəlir.
OXŞAR XƏBƏRLƏR