Rusiyada koronavirusdan ölənlərin sayı 162 mini ötdü

Rusiyada koronavirusdan ölənlərin sayı 162 mini ötdü
DÜNYA
18:46 05.08.2021
1131
Rusiyada son sutka ərzində daha 23 120 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

AZXEBER.COM APA-ya istinadən bildirir ki, bununla da Rusiyada COVID-19-a yoluxanların sayı 6 379 904 nəfərə çatıb.

Son sutka ərzində 794 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə ölkədə COVID-19-dan ölənlərin sayı 162 509 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan, Braziliya və Fransadan sonra beşinci yerdə gəlir.
OXŞAR XƏBƏRLƏR