Rusiyada matəm elan edildi

Rusiyada matəm elan edildi
DÜNYA
13:21 16.08.2025
346
Rusiyanın Ryazan vilayətinin Şilovski rayonundakı zavodda 11 nəfərin ölümü, 130 nəfərin yaralanması ilə nəticələnən faciə ilə əlaqədar avqustun 18-də birgünlük matəm elan edilib.

AZXEBER.COM-un TASS-a istinadən xəbərinə görə, bu barədə regionun qubernatoru Pavel Malkov məlumat verib.

"Şilovski rayonunda baş vermiş faciəli hadisələrlə əlaqədar avqustun 18-i Ryazan vilayətində matəm günü elan edilib", - deyə o, "Telegram" kanalında yazıb.

Pavel Malkovun sözlərinə görə, bu gün bütün bölgədə bayraqlar endiriləcək. Mədəniyyət müəssisələri, teleradioşirkətlər və təşkilatlardan əyləncə tədbirlərini ləğv etmələri istənilib.

"Bu dəhşətli faciədən zərər çəkmiş hər kəslə birlikdə kədərlənirəm. Ölənlərin yaxınlarına və doğmalarına dərin hüznlə başsağlığı verir, yaralananlara isə tezliklə sağalmalarını diləyirəm", - deyə o bildirib.

Rayon rəhbəri dövlət orqanları tərəfindən həlak olanların ailələrinə və xəsarət alanlara yardım göstəriləcəyini də qeyd edib.//OXU.AZ
OXŞAR XƏBƏRLƏR