Rusiyada məktəbdə baş verən atışmada 9 nəfər öldü - 20 nəfər yaralandı

Rusiyada məktəbdə baş verən atışmada 9 nəfər öldü - 20 nəfər yaralandı
DÜNYA
13:18 26.09.2022
396
İjevskdə məktəbdə baş vermiş atışmada 5-i uşaq olmaqla 9 nəfər ölüb.

Bu barədə Rusiya İstintaq Komitəsi (İK) məlumat yayıb.

Atışma ilə bağlı istintaqı İK-in Mərkəzi Aparatı aparacaq.

12:34

İjevsk şəhərində yerləşən 88 saylı məktəbdə baş vermiş atışma nəticəsində 6 nəfər ölüb, 20 nəfər yaralanıb.

Bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hazırda 6 nəfərin öldüyü və 20-yə yaxın yaralının olduğu məlumdur: "Fakt dəqiqləşdirilir. Məktəbə hücum edən şəxsin meyiti aşkar edilib".

12:13

İjevskdə məktəbdə baş vermiş atışma nəticəsində mühafizəçilərdən biri daxil olmaqla 10 nəfər yaralanıb.

Hücum edən şəxs məktəbin ikinci mərtəbəsində polisə atəş açıb.

O, heç bir tələb irəli sürməyib. Təhsil müəssisəsinin ərazisi mühasirəyə alınıb.

Udmurtiyanın rəhbəri Aleksandr Breçalov hadisə yerinə gəlib.

Məlumata görə, məktəbin mühafizəçisi ölüb, hücum edən şəxs intihar edib.
OXŞAR XƏBƏRLƏR