Rusiyada meşə yanğınları Moskvaya yaxınlaşır

Rusiyada meşə yanğınları Moskvaya yaxınlaşır
DÜNYA
17:32 24.08.2022
310
Rusiyanın Ryazan vilayətində meşə yanğınları şimal-qərbə, Moskva vilayətinin Şaturski rayonuna doğru yayılır.

Bu barədə Vladimir vilayətinin meşə təsərrüfatı idarəsinin direktoru Yevgeni Malışev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, yanğının inkişafını proqnozlaşdırmaq çətindir, çünki Vladimir vilayətində quru hava hələ də davam edir və hər gün yanğın ocaqları qeydə alınır və onlar dərhal aradan qaldırılır.
OXŞAR XƏBƏRLƏR