Rusiyada məşqçi komandasının oyunu zamanı öldü

Rusiyada məşqçi komandasının oyunu zamanı öldü
DÜNYA
21:06 28.03.2021
700

Basketbol üzrə Sankt-Peterburq şəhərinin qadınlardan ibarət komandasının məşqçisi oyun zamanı ölüb.

TASS xəbər verir ki, Viktor Korolyov 53 yaşında vəfat edib.

O, Rusiya birinciliyinin bürünc medalları uğrunda keçirilən qarşılaşma zamanı dünyasını dəyişib.

"Sankt-Peterburq-1" və "Moskva-3" komandaları arasındakı görüş birincilərin məşqçisinin huşunu itirməsilə əlaqədar 9-cu dəqiqədə dayandırılıb.

Mərhumun ölüm səbəbi açıqlanmır.
OXŞAR XƏBƏRLƏR