Rusiyada mikroavtobus yük avtomobilinə çırpılıb, ölənlər var

Rusiyada mikroavtobus yük avtomobilinə çırpılıb, ölənlər var
DÜNYA
22:17 14.11.2025
104
Rusiyanın Perm vilayətində, Çerepaxi kəndi yaxınlığında avtomagistralda sərnişin mikroavtobusu ağır tonnajlı yük avtomobili ilə toqquşub.

Bu barədə regional İstintaq Komitəsi "Telegram”da məlumat verib.

Məlumata görə, ölənlər arasında bir azyaşlı da var.

İlkin məlumata görə hadisə zamanı altı nəfər ölüb, 15 nəfər yaralanıb.

/APA
OXŞAR XƏBƏRLƏR