Rusiyanın Sankt-Peterburq şəhərində miqrant əlinə silah alıb küçədə rəqs edib.
AZXEBER.COM BAKU.WS-ə istinadən xəbər verir ki, görüntülər yerli teleqram kanallarında yayılıb.
Kadrlarda daha əvvəl cinayət törətdiyinə görə həbs edilən gəncin naməlum qızla oynamağı, ətrafdakılar isə bunu tamaşa etməsi əks olunub.
Qeyd olunub ki, saxlanılan şəxs Özbəkistan vətəndaşıdır. O, Moskvada qohumu ilə birgə yaşayır. O, üzərində oyuncaq silah daşıdığını, daha sonra onu atdığını deyib. Həmin şəxs barəsində xuliqanlıq maddəsi ilə cinayət işi açılıb.