Rusiyada miqrantlar üçün rus dilindən imtahan şərtləri mürəkkəbləşdirilib

Rusiyada miqrantlar üçün rus dilindən imtahan şərtləri mürəkkəbləşdirilib
DÜNYA
21:26 23.06.2025
281
Rusiyada miqrantlar üçün rus dili fənnindən imtahan şərtləri mürəkkəbləşdiriləcək.

Bu barədə "Rosobrbnadzor”dan bildirilib.

Qeyd edilib ki, artıq Rusiyada iş və yaşayış icazəsi almaq istəyən miqrantların rus dili fənnindən imtahanlarında istifadə olunacaq test tapşırıqlarının çətinlik səviyyəsi artırılıb. Belə ki, dinləmə xarakterli sualların sayı 2-dən dördə çatdırılıb. Həmçinin, "Dinləmə” və "Danışıq” istiqamətləri üzrə balların toplanması imtahandan uğur qazanması üçün məcburi hesab edilib.
 
/APA
OXŞAR XƏBƏRLƏR