Altayda Vodopadnı buzlağı yosunların çiçəklənməsi səbəbindən qırmızıya boyanıb.
AZXEBER.COM xəbər verir ki, nadir təbiət hadisəsi Tomsk Dövlət Universitetinin ekspedisiyasının üzvləri tərəfindən lentə alınıb.
Ehtimallara görə, anomaliyaya səbəb bu qış Altay dağlarına yağan güclü qar ola bilər.
Alimlərin fikrincə, qar yosunların çoxalması üçün əlverişli mühit yaradıb. Onların çiçəklənməsi isə öz növbəsində buzlağın əriməsini sürətləndirə bilər.