Rusiyanın Novosibirsk vilayətində naməlum şəxs ovçulara atəş açıb, nəticədə 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
Rusiya mediası xəbər verir ki, hadisə avqustun 28-də Moşkovo rayonundakı göllərin birində baş verib.
Hadisə barədə ovçulardan birinin qohumuna zəng etməsindən sonra məlum olub. Kişi onlara atəş açıldığını, bundan sonra avtomobildə gizləndiyini, iki qohumunun isə çöldə qaldığını bildirib.
Hadisə yerinə gələn xilasedicilər bir nəfərin meyitini aşkar ediblər. Ovçulardan biri ağır, digəri isə yüngül xəsarət alıb. Ağır yaralı meşədən təxliyə edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.
Xilasedicilər bütün gecəni hadisə yerində qalıblar, şənbə günü səhərə yaxın oraya polisin əlavə qüvvələri gəlib.
Hadisənin başvermə səbəbi araşdırılır.
///report///










































