Rusiyada nazir və köməkçisi saxlanıldı

Rusiyada nazir və köməkçisi saxlanıldı
DÜNYA
10:16 10.03.2021
604
Rusiya Federasiyasının Altay Respublikasının səhiyyə naziri Sergey Kovalenko saxlanılıb.

Bu barədə "Report” TASS-a istinadən xəbər verir.

Regionun hüquq-mühafizə orqanlarında mənbə məlumatı təsdiqləyib.

"Bəli, Kovalenko saxlanılıb. Bununla nə ilə əlaqədar olması hazırda dəqiqləşdiriliir", - mənbə deyib.

"Novosti Qornoqo Altaya" portalı isə bildirib ki, nazirin mobil telefonu bağlıdır. Sergey Kovalenko ilə birlikdə onun köməkçisi də saxlanılıb.

Hadisənin təfərrüatı açıqlanmır.
OXŞAR XƏBƏRLƏR