Rusiyada neft zavodunda güclü yanğın baş verdi – FOTO

Rusiyada neft zavodunda güclü yanğın baş verdi – FOTO
DÜNYA
11:52 03.05.2023
229
Rusiyanın Krasnodar vilayətində neft anbarında yanğın baş verib. 

AZXEBER.COM xəbər verir ki, Rusiya mətbuatı yanğının obyektdəki pilotsuz təyyarənin qəzaya uğraması nəticəsində baş verdiyini açıqlayıb.

Krım yaxınlığındakı Krasnodar vilayətinin qubernatoru Veniamin Kondratiyev verdiyi açıqlamada bölgədəki neft anbarında yanğının baş verdiyini bildirib. Təxminən 1200 kvadratmetr ərazini əhatə edən yanğının söndürülməsi istiqamətində işlərin davam etdirildiyini vurğulayan Kondratiyev yanğın nəticəsində ölən və yaralananların olmadığı barədə məlumat yayıb.

Rusiya mətbuatı isə hadisənin obyektdə pilotsuz uçan aparatın qəzaya uğraması nəticəsində baş verdiyini bildirib.

Gülay

 


OXŞAR XƏBƏRLƏR