Rusiyada növbəti dəfə COVID-19-a maksimum yoluxma qeydə alındı

Rusiyada növbəti dəfə COVID-19-a maksimum yoluxma qeydə alındı
DÜNYA
13:06 31.10.2021
715
Rusiyada son sutkada daha 40 933 nəfər COVID-19-a yoluxub. Bununla da Rusiyada COVID-19-a yeni maksimum gündəlik yoluxma qeydə alınıb.
 
Bu barədə Rusiyanın Operativ Qərargahı məlumat yayıb.

Bununla da Rusiyada koronavirusa yoluxanların sayı 8 513 790 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 1 158 nəfər artaraq 238 538-ə yüksəlib.

Rusiyada indiyədək koronavirusa yoluxan 7 358 539 nəfər sağalıb.
OXŞAR XƏBƏRLƏR