Rusiyanın Vladivostok şəhərində yerləşən dayanacaqlardan birində dəhşətli yanğın hadisəsi baş verib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, yanğın nəticəsində 30 avtomobil yanaraq yararsız hala düşüb.
Hadisə yerində bir neçə dəfə partlayış səsi eşidilib, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğını söndürüblər.
İlkin məlumata görə, yanğının başlamasına səbəb naməlum şəxsin avtomobilini bilərək yandırması olub.
Alovun digər maşınlara keçməsi ilə yanğının miqyası böyüyüb.
Aysel