Rusiyada peyvənd ödənişli olacaq?

DÜNYA
15:27 15.01.2022
130
Rusiyada koronavirus əleyhinə vaksinasiya ödənişli ola bilməz.

AZXEBER.COM Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Qamaley adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqatlar Mərkəzinin direktoru Aleksandr Gintsburq deyib.

"Qanunvericilik belə variantları nəzərdən keçirmir. Rusiya liberal ölkədir və vaksinasiya olunmaq istəyənlər üçün əlverişli şərait yaradır. Mən də düşünürəm ki, vaksinasiyanı ödənişli etməyə gərək yoxdur", - deyə Gintsburq bildirib.

Qeyd edək ki, Rusiyada deputat Maksim İvanov hökumətin peyvəndi ödənişli edəcəyi ilə bağlı sosial şəbəkə səhifəsində məlumatlar paylaşmışdı.

OXŞAR XƏBƏRLƏR