Yekaterinburqda OMON-çuların evə hücumu zamanı qətlə yetirilən Ziyəddin və Hsüyn Səfərov qardaşlarının cənazələrinin Azərbaycana gətiriləcəyi tarix məlum olub.
AZXEBER.COM xəbər verir ki, bu barədə Oxu.Az-a məlumat verən mərhumların qohumu Ramil Səfərov bildirib ki, qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərovların cənazələri iyunun 30-da təhvil veriləcək:
"Hələ ki, meyitləri bizə təhvil vermirlər. Sabah saxlanılan şəxslərin məhkəmə prosesi baş tutacaq. Ondan sonra cənazələri bizə təhvil verməyi planlaşdırırlar. Bizə dedilər ki, iyunun 30-da cənazələr təhvil veriləcək. Bundan sonra cənazələri Azərbaycana gətirəcəyik".