Rusiyada qızı öldürən azərbaycanlı Türkiyədə tutuldu

Rusiyada qızı öldürən azərbaycanlı Türkiyədə tutuldu
DÜNYA
13:28 03.04.2021
596
Rusiyanın Başqırdıstan Respublikasında 21 yaşlı qızı öldürməkdə şübhəli bilinən Azərbaycan əsilli şəxs Türkiyədə tutulub.

AZXEBER.COM Axar.az-a istinadən xəbər verir ki, bu barədə Başqırdıstan Respublikası İstintaq İdarəsi məlumat yayıb.

Məlumata görə, martın 29-da Sterlitamak şəhərinin sakini polisə mürəciət edərək, 21 yaşlı bacısının martın 24-də evdən çıxdığı və bir daha geri qayıtmadığını deyib.

Aparılan araşdırmalar nəticəsində qızın cəsədi şəhərdəki mənzillərin birində tapılıb. İstintaq zamanı məlum olub ki, qız Sterlitamakda yaşayan 23 yaşlı Azərbaycan vətəndaşı ilə ünsiyyətdə olub. Şübhəli şəxsin izinə düşən polis onun martın 26-da Ufadan Moskvaya, oradan da Türkiyənin Antalya şəhərinə uçduğunu müəyyən edib:

"Şübhəlinin beynəlxalq axtarışı təşkil olunub. O, Antalyada hava limanı ərazisində sərhəd məntəqəsini keçərkən saxlanılıb və Moskvaya geri qaytarılıb".

Bildirilib ki, dindirilmə zamanı şübhəli şəxs cinayəti törətdiyini boynuna alıb.

"Məlum olub ki, tərəflər arasında məişət zəminində baş verən münaqişə zamanı şübhəli şəxs qızı ütünün naqili ilə boğub, sonra isə ona çoxsaylı bıçaq zərbələri endirib. Daha sonra o, qızın qızıl-zinət əşyalarını götürüb və bank hesabındakı pulu öz hesabına köçürüb", - məlumatda qeyd olunub.

Şübhəli şəxsə qarşı məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
23:57 15.07.2025
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
23:49 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
23:37 15.07.2025
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
23:16 15.07.2025
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
22:57 15.07.2025
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
22:35 15.07.2025
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
22:25 15.07.2025
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
22:07 15.07.2025
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
21:58 15.07.2025
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
21:51 15.07.2025
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
21:45 15.07.2025
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
21:37 15.07.2025
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
21:27 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
21:15 15.07.2025
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
21:02 15.07.2025
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb
20:56 15.07.2025
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb