"Roskomnadzor" Rusiyada məşhur oyun servisi "Roblox"a girişə məhdudiyyət qoyub.
Bu barədə məlumatı "Roskomnadzor"un Mətbuat Xidməti yayıb.
Qurum iddia edir ki, servisdə terrorçuluğun və ekstremizmin təbliği, həmçinin LGBT mövzusunun təbliği aşkar edilib:
"Aparılan monitorinq göstərib ki, platformada uşaqlara mənfi təsir göstərə biləcək çoxlu məzmun mövcuddur. Oyun otaqlarında və lokasiyalarda istifadəçilər terror aktlarında, məktəblərə hücumlarda və qumar oyunlarında iştirak edə bilərlər", - məlumatda bildirilir.
/Oxu.az










































