Rusiyada şaxtalı hava ilə bağlı xəbərdarlıq edildi

Rusiyada şaxtalı hava ilə bağlı xəbərdarlıq edildi
DÜNYA
19:46 21.08.2022
2062
Bazar və bazar ertəsi Rusiyanın Buryatiya, Tuva, Xakasiya, İrkutsk, Novosibirsk və Tomsk vilayətlərində gecə mənfi 1-dən mənfi 3 dərəcəyədək şaxta gözlənilir.

AZXEBER.COM mnaset.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand bildirib.

"Avropa ərazisinin şərqində, Qərbi Sibirdə, Omsk, Novosibirsk, Kemerovo vilayətlərində, Altay diyarında, Krasnoyarsk diyarının cənubunda, Xakasiya və Tıvada havanın temperaturu normadan aşağıdır. Yaxın iki gündə Novosibirsk və Tomsk vilayətlərində şaxta gözlənilir, havanın temperaturu gecələr mənfi 1 dərəcəyə enəcək. Xakasiyada - mənfi 2 dərəcəyə qədər, Buryatiyada, Tıvada, İrkutsk vilayətində - mənfi 3 dərəcəyə qədər enəcək”, - Vilfand bildirib.

Meteoroloq qeyd edib ki, bu cür hava hadisələri Şimal buzlu okeanından soyuq havanın daxil olması ilə bağlıdır. Külək hətta ölkənin Asiya hissəsinin cənubuna da nüfuz edəcək.
OXŞAR XƏBƏRLƏR