"İlkin məlumata görə, Perm Dövlət Universitetində baş vermiş silahlı insident nəticəsində ölən və yaralılar arasında Azərbaycan vətəndaşı yoxdur”.
Bunu medianın sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.
O bildirib ki, Azərbaycanın Rusiyadakı Səfirliyi tərəfindən məsələ barədə araşırma aparılır.