Rusiyada son sutkada 1 080 nəfər koronavirusdan öldü

Rusiyada son sutkada 1 080 nəfər koronavirusdan öldü
DÜNYA
19:50 17.12.2021
398
Rusiyada son bir gündə daha 27 743 nəfərə COVID-19 diaqnozu qoyulub.

Bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 10 159 389 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 1 080 nəfər artaraq 295 104-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 8 914 225 nəfər sağalıb.
OXŞAR XƏBƏRLƏR