Rusiyada son sutkada 50 mindən çox insan COVİD-19-a yoluxdu

Rusiyada son sutkada 50 mindən çox insan COVİD-19-a yoluxdu
DÜNYA
19:09 02.09.2022
282
Rusiyada son sutkada yeni növ koronavirusa (COVİD-19) 50 952 nəfər yoluxub.

İndiyədək koronavirusa yoluxanların sayı 19 milyon 629 min 682 nəfər olub.

Bu ilin martın 11-dən ilk dəfə olaraq Rusiyada koronavirusa gündəlik yoluxma 50 mini ötüb.

Son sutka ərzində bu virusdan 91 nəfərin öldüyü bildirilib. Bununla da Rusiyada koronavirusdan ölənlərin sayı 384 min 532 nəfərə çatıb.
OXŞAR XƏBƏRLƏR