Rusiyada son sutkada 500-dən çox insan COVID-19-dan öldü

Rusiyada son sutkada 500-dən çox insan COVID-19-dan öldü
DÜNYA
11:56 28.11.2020
591
Rusiyada son bir gündə daha 27 100 nəfərə COVID-19 diaqnozu qoyulub.

AZXEBER.COM xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 2 242 633 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 510 nəfər artaraq 39 068-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 1 739 470 nəfər sağalıb.
OXŞAR XƏBƏRLƏR