Hazırda Rusiyada 10 mindən çox azərbaycanlı təhsil alır.
Bu barədə Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevlə Rusiyanın elm və ali təhsil nazirinin müavini Konstantin Moqilevsk arasındakı görüşdə məlumat verilib.
2026/27-ci tədris ili üçün azərbaycanlı tələbələrə 280 kvota yeri ayrıldığı, 15 nəfərin isə "Open Doors” Beynəlxalq Olimpiadasının qalibi və mükafatçısı kimi qrant alacağı qeyd olunub.
Görüş zamanı həmçinin Azərbaycan-Rusiya birgə universitetinin yaradılması məsələsi də müzakirə olunub.













































