Rusiyada tundrada başlayan güclü yanğın yaşayış məntəqəsinə yaxınlaşıb - VİDEO

Rusiyada tundrada başlayan güclü yanğın yaşayış məntəqəsinə yaxınlaşıb - VİDEO
DÜNYA
05:38 04.11.2021
422
Rusiyanın Maqadan vilayətinin Radujnı yaşayış məntəqəsinin yaxınlığında, tundra güclü yanğın baş verib.

Qış fəslinin olmasına baxmayaraq yanğın az müddət ərzində sürətlə yayılaraq yaşayış məntəqəsinə təhlükə yaradıb.

İlkin mərhələdə yanğının söndürülməsinə yerli sakinlər müdaxilə edib.

Daha sonra isə əraziyə yanğınsöndürmə briqadaları cəlb olunub.

Havanın küləkli olması səbəbindən yanğın sürətlə yayılmağa başlayıb.

Artıq yanğının tamamilə nəzarət altına alındığı bildirilir.
OXŞAR XƏBƏRLƏR