Rusiyada vatsap bloklana bilər

MARAQLI
11:24 18.03.2022
388
Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

Rusiyalı istifadəçilər üçün baş vermiş problemlər haqqında "Megafon” və "Tele2” kimi telefon operatorlarından "Report”un Rusiya bürosunun müxbirinə bildirilib ki, vatsap tətbiqinin pis işləməsinin mobil operatorlara heç bir aidiyyatı yoxdur: "Messencer bloklanır. İndi çoxları tətbiqin pis işləməsindən şikayətlənir. Bloklama ilk olaraq "Megafon” istifadəçilərinin işində dayanmalardan başlayıb”.

"Megafon”dan deyilib ki, hətta VPN xidməti quraşdırılsa belə vatsap bloklanacaq. Çünki istifadəçilər Rusiya ərazisində yerli nömrələrdən istifadə edirlər.

Şirkət nümayəndələrinin sözlərinə görə, Rusiya Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Rabitələrə Nəzarət Federal Xidməti ("Roskomnadzor") "Meta” şirkətinin vahid platforması olan vatsapı bloklayır. İlk növbədə "IPhone” istifadəçiləri bloklanır.

"Roskomnadzor” isə vatsapın Rusiya ərazisində fəaliyyətinin məhdudlaşdırılması haqqında şayələri təkzib edib.

"Rusiya ərazisində vatsapın fəaliyyəti məhdudlaşdırılmayıb. "Roskomnadzor” servisin işindəki dayanmaları "Meta Platforms”un digər resurslarına (feyskuk və instaqram) tətbiq edilən məhdudiyyətlərlə əlaqələndirmir. Messencerlə bağlı çətinliklər başqa ölkələrdə də müşahidə olunur. 2021-ci ilin oktyabr ayında da oxşar hadisələr baş vermişdi. Həmin vaxt şirkət məsuliyyəti öz üzərinə götürmüşdü”, - qurumun Mətbuat Xidmətindən bildiriblər.

Xatırladaq ki, daha əvvəl instaqram, feysbuk və tvitter kimi sosial şəbəkələr Rusiya ərazisində bloklanıb. Bloklama ilə bağlı tələbi Rusiyanın Baş Prokurorluğu irəli sürüb.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

19:54 12.02.2025

NATO Baş katibi: Ukraynanın Alyansa üzvlüyünün müzakirəsi hələ tezdir

19:41 12.02.2025

Görənləri bihuş edən, 30 il gözü kölgəli qalan Zəngilan - Mikayıl Mirzəzadə yazır

19:40 12.02.2025

Suriyada yeni hökumət martın 1-də qurulacaq

19:36 12.02.2025

Prezident Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə sədr təyin etdi

19:29 12.02.2025

Almaniya ölkənin bütün quru sərhədlərində nəzarəti daha altı ay uzadıb

19:18 12.02.2025

Azərbaycan klubunun həkimi 5 oyunluq cəzalandırılıb

19:06 12.02.2025

“Barselona” Levandovski ilə müqavilə müddətini uzadacaq

18:52 12.02.2025

Rusiya PUA istehsal edən Ukrayna müəssisələrinə raket zərbəsi endirib

18:39 12.02.2025

İran Trampın təzyiqinə görə ABŞ ilə danışıqlardan imtina edib

18:26 12.02.2025

Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir

17:54 12.02.2025

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb

17:38 12.02.2025

Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olundu - RƏSMİ

17:37 12.02.2025

Polşada ən çox bu ölkələrin vətəndaşları cinayət törədib: Gürcüstan, Ukrayna, Belarus

17:32 12.02.2025

"Azərbaycan bizim ölkəyə Afrika bazarlarının qapısı kimi baxa bilər"

17:23 12.02.2025

“Yapı Kredi Bank” Azərbaycanda müştərilərin ən çox şikayət etdiyi bank oldu - SİYAHI

17:21 12.02.2025

Somali Prezidenti: Azərbaycan bizim ölkəyə Afrikanın bazarlarına qapı kimi baxa bilər