Rusiyada son sutkada yeni növ koronavirusa (COVİD-19) 48 042 nəfər yoluxub.
AZXEBER.COM xəbər verir ki, bu barədə ölkənin COVID-19-la mübarizə üzrə federal əməliyyat qərargahı məlumat yayıb.
İndiyədək koronavirusa yoluxanların sayı 19 milyon 729 min 423 nəfərə çatıb.
Ötən gün virusdan 87 nəfər ölüb.
Rusiyada koronavirusdan ölənlərin sayı 384 min 711 nəfər təşkil edir.