Rusiyanın Soçi şəhərində 3,8 bal gücündə zəlzələ olub.
AZXEBER.COM "RİA Novosti"-yə istinadən xəbər verir ki, səhər saatlarında qeydə alınan təkanlar nəticəsində ölən və yaralananlar olmayıb.Zəlzələ binalarının üst mərtəbələrində hiss edilib. Qeyd edək ki, bu zəlzələ dekabrın 20-dən bu günə kimi Soçidə qeydə alınan üçüncü yeraltı təkandır. Dekabrın 23-ündə qeydə alınan yeraltı təkanların gücü 5,5 26-da baş verən zəlzələnin gücü isə 5,2 bal gücündə idi.