Rusiyada vətəndaş müharibəsi narahatlığına səbəb olan gərginliklə bağlı Rus Pravoslav Kilsəsi də açıqlama verib.
AZXEBER.COM xəbər verir ki, Rus Pravoslav Kilsəsinin lideri Patriarx Kirill Rusiyada Vaqnerin üsyanından sonra tərəfləri birliyə çağırıb.
Rusiya lideri Vladimir Putinə yaxın olan Patriarx Kirill Vaqner döyüşçülərini milli birliyi müdafiə edərək yenidən düşünməyə çağırıb.
Rusiyada iğtişaşların qarşısını almaq üçün Putinin səylərini dəstəklədiyini qeyd edən Patriarx Kirill Vaqner üsyanını "sınaq” kimi qiymətləndirib.
Gülay