xari

Rusiyadakı erməni diasporu Paşinyanın istefasını tələb edən ordunu dəstəklədi

DÜNYA
13:29 25.02.2021
324
"Rusiya Erməniləri İttifaqı" Təşkilatı Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən ordunu dəstəkləyir".

Bunu "Otkrıtıye media"ya təşkilatın vitse-prezidenti Levon Mukasyan deyib.

"Əgər hərbçilər xalqın tərəfinə keçiblərsə, biz onları dəstəkləyirik. Əhsən, cəsarətlidirlər. Rusiyadakı erməni təşkilatlarının mütləq əksəriyyəti hesab edir ki, Nikol Paşinya kimi səriştəsiz rəhbər və ali baş komandan, yumşaq desək, getməlidir", - o bildirib.
 
///Report

OXŞAR XƏBƏRLƏR