Rusiyadan ağlasığmaz iddia: "Ukrayna hərbi kəşfiyyatı təyyarələrimizi qaçırmağa cəhd edib"

Rusiyadan ağlasığmaz iddia: "Ukrayna hərbi kəşfiyyatı təyyarələrimizi qaçırmağa cəhd edib"
DÜNYA
12:09 26.07.2022
528
Rusiya Ukraynaya qarşı inanılmaz iddia irəli sürüb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətindən (FSB) verilən açıqlamada Ukrayna hərbi kəşfiyyatının rus pilotlara pul və Avropa Birliyi vətəndaşlığı verəcəyini vəd edərək Rusiya döyüş təyyarələrini qaçırmağa çalışdığı, lakin Federal Təhlükəsizlik Xidmətinin əməliyyatı ilə cəhdin qarşısının alındığı bildirilib.

"Federal Təhlükəsizlik Xidməti NATO xüsusi xidmət orqanlarının nəzarəti altında Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin Rusiya Aerokosmik Qüvvələrinə məxsus döyüş təyyarələrinin qaçırılması üzrə həyata keçirdiyi əməliyyatı aşkar edib və dayandırıb”, - FSB-nin bəyanatında deyilir.

Bəyanatın davamında qeyd olunub ki, əməliyyat zamanı Rusiya əks-kəşfiyyatı Rusiya silahlı qüvvələrinə Ukraynanın bəzi hərbi məntəqələrinə hücum etməyə kömək edəcək məlumatlar əldə edib.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR